SOCAR aviasiya kerosini qurğusuna 120 mln dollar yatıracaq
carci.news
Enerji

SOCAR Türkiyədə aviasiya kerosini qurğusuna 120 milyon dollar yatıracaq

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədəki STAR neft emalı zavodunda aviasiya yanacağı üçün yeni istehsal qurğusu quracaq. Layihəyə ayrılacaq təxminən 120 milyon dollar (6 milyard lirə) ilə SOCAR-ın ölkəyə ümumi sərmayəsi 20 milyard dollara yüksələcək.

SOCAR Türkiyəyə investisiyaları çərçivəsində STAR neft emalı zavodunda “Jet Fuel” (“Kero-Merox”) adlı yeni qurğu layihəsi icra mərhələsinə keçib, hazırda layihələndirmə və satınalma işləri aparılır. “SOCAR Türkiye”nin neft emalı və neft-kimya istiqamətinə cavabdeh rəhbəri, eyni zamanda “Petkim Petrokimya Holding”in baş direktoru olan Kənan Mirzəyev açıqlamasında qurğunun işə salınmasından sonra hər il əlavə 600 min ton dizel yanacağı əldə ediləcəyini bildirib.

Onun sözlərinə görə, yeni qurğu bazarın tələbinə uyğun olaraq zavoda aviasiya kerosini ilə dizel istehsalı arasında sürətlə manevr etmək imkanı yaradacaq. Hazırda işləyən “Kerosene Hydrotreater” (KHT) bloku isə yeni qurğu istismara verildikdən sonra əsasən dizelə yönələcək, ehtiyac yaranarsa yenidən aviasiya yanacağı buraxılışına qayıda biləcək.

Mirzəyev əlavə edib ki, bu addım zavodun enerji baxımından daha səmərəli işləməsinə, həmçinin Türkiyənin xaricdən dizel alışına olan ehtiyacının azalmasına səbəb olacaq. Qurğunun tikintisi üçün beynəlxalq şirkətlərdən ibarət konsorsiumla EPC sazişi rəsmiləşdirilib və tikinti-quraşdırma işlərinə qısa müddətdə başlanacaq. Obyektin 2029-cu ilin birinci rübündə istifadəyə veriləcəyi gözlənilir.

Zavodun emal gücü artıb

2018-ci ildən fəaliyyət göstərən STAR zavodunun illik emal həcmi ilkin 10 milyon tondan 13 milyon tona qədər yüksəlib. Kənan Mirzəyev vurğulayıb ki, bu göstərici ilə zavod artıq Türkiyənin ən iri tək bloklu neft emalı müəssisəsi statusunu qazanıb.

Related posts

Enerji müəssisələrinə bank kreditləri bir ayda 8,5 milyon manat azalıb

Editor

Enerji Nazirliyi “Yaşıl Dəhliz” layihəsini xarici sərmayəçilərlə müzakirə edib

Editor

Şahbazov: 2027-ci ilədək ölkədə 2 gigavat bərpaolunan enerji gücü yaradılacaq

Editor
IP geolocation by DB-IP