“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən 1 milyard 100 milyon manat vəsait ayrılacaq.
Bu məbləğ 2026-cı ilin büdcə layihəsində nəzərdə tutulmuş 900 milyon manatdan artıqdır. Beləliklə, icbari tibbi sığortaya yönəldilən dövlət vəsaitinin həcmi bir il ərzində artırılıb.
Qanun layihəsinə görə, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat səviyyəsində proqnozlaşdırılır.
