Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında 2 qızıl və 1 gümüş medal qazanıb. Həsrət Cəfərov isə bürünc uğrunda məğlub olaraq 5-ci yerlə kifayətlənib.
67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov üçüncü yer qarşılaşmasında Qazaxıstan təmsilçisi Bağdat Sabazla qarşılaşıb və 5:8 hesabı ilə məğlub olub. Bu nəticədən sonra idmançı yarışı 5-ci sırada başa vurub.
Turnirdə Azərbaycan yığmasının ən yüksək nəticələrini Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) göstərib — hər ikisi dünya çempionu adını qazanıb. Nihat Məmmədli isə 63 kiloqram çəkidə gümüş medal əldə edib.
Beləliklə, Azərbaycan güləşçiləri Astanadakı dünya çempionatını cəmi 3 medalla, o cümlədən 2 qızıl və 1 gümüşlə tamamlayıb.
Güləş üzrə dünya çempionatı noyabrın 1-də başa çatacaq.
Həmçinin oxuyun: Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb | Eldəniz Əzizli yunan-Roma güləşində beşinci dəfə dünya çempionu oldu
