Balabəy Ağayev qızıl medal qazandı: Əbu-Dabi finalı
carci.news
Güləş və döyüş idmanı

Balabəy Ağayev “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub.

İdmançı final qarşılaşmasında Tacikistan nümayəndəsi Loiq Kudbudinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Azərbaycan cüdo millisi üçün turnirdəki ikinci qızıl medal olub. Bundan əvvəl qadınlar arasında 48 kiloqram çəki dərəcəsində çıxış edən Könül Əliyeva da “Böyük Dəbilqə” turnirində birinci yerə yiyələnmişdi.

Related posts

U-17 Avropa boks çempionatında Azərbaycan təmsilçiləri uğurunu davam etdirir

Editor

Səidcamşid Cəfərov Avropa çempionu adını qazanıb

rashadamiraliyev

Güləşdən daha iki bürünc: Cəfərli və Karsanov U-23 çempionatında

Editor

Şərh yazın

IP geolocation by DB-IP