U-15 yığması Vyetnama 2:4 hesabı ilə uduzdu
carci.news
Futbol

U-15 yığmamız C Divizionunda Vyetnamdan 2:4 hesablı məğlubiyyət aldı

Bakıda davam edən FIFA U-15 Dünya Çempionatı və Festivalının C Divizionunda Azərbaycanın U-15 futbol yığması Vyetnam komandası ilə qarşılaşıb və meydanı 2:4 hesabı ilə tərk edib.

Baş məşqçi Famil Xəlilovun çalışdırdığı Azərbaycan U-15 milli komandası turnirin C Divizionunda növbəti qarşılaşmasını oynayıb. Oyunda rəqib Vyetnam yığması 2:4 hesabı ilə üstün gəlib.

Bu divizionda əvvəlki çıxışlarında Azərbaycan komandası Çili yığmasına 1:3 hesabı ilə uduzsa da, Cəbəllütariqi 5:1, Mozambiki isə 4:1 hesabla məğlub etməyi bacarmışdı.

Qrup mərhələsindən keçid necə baş tutub

Milli komanda yarışa AF qrupunda start vermişdi. Həmin mərhələdə Azərbaycan təmsilçisi Timor-Lesteyə qarşı 6:0, Andorra üzərində 1:0, İsrail yığmasına qarşı isə 3:1 hesablı qələbələr qeydə alıb. Eyni zamanda, komanda Avstraliya yığmasından 1:3, Haiti millisindən isə 0:4 hesabı ilə məğlub olub. Bu nəticələrlə yığma qrupda topladığı 9 xalla üçüncü yeri tutaraq C Divizionuna yüksəlmə hüququ qazanıb.

Həmçinin oxuyun: Bakıda ilk dəfə 15 yaşadək futbolçuların dünya çempionatı başlayır

Related posts

Mərc şübhəsi: Süper Liqa hakimi Yasin Kol polis tərəfindən tutulub

Editor

Mançininin gizli müqaviləsi “Mançester Siti” araşdırmasında üzə çıxıb

rashadamiraliyev

Azərbaycan UEFA əmsallar cədvəlində İsraili ötüb, 24-cü yerə yüksəlib

Editor

Şərh yazın

IP geolocation by DB-IP