Səday Əliyevin 3 milyon manatlıq işinə məhkəmə başladı
carci.news
Hadisələr

ADSEA-nın sabiq şöbə müdiri 3 milyon manat mənimsəmədə məhkəməyə verildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sabiq şöbə müdiri Səday Əliyevin xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmağa başlanıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prokuror Səday Əliyevə tətbiq olunan qətimkan tədbirinin – polisin nəzarətində saxlanmanın – həbslə əvəz edilməsini təklif edib, lakin məhkəmə bu vəsatəti təmin etməyib.

Məhkəmə işin əsas baxışına keçilməsi barədə qərar qəbul edib. İşə dair növbəti iclas 11 noyabra təyin olunub.

Səday Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə, xüsusilə külli miqdarda törədildikdə) ilə ittiham irəli sürülüb, iddiaya görə məbləğ 3 milyon manat təşkil edir. Onun ADSEA-da şöbə müdiri kimi fəaliyyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

İstintaq zamanı ona qarşı məhkəməyə qədər qətimkan tədbiri kimi polisin nəzarətinə vermə seçilmişdi. Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti zərərçəkmiş qismində tanınıb.

Related posts

Bakıda virtual qumarxana şəbəkəsi zərərsizləşdirildi: milyonluq əməliyyatlar aşkarlandı

Editor

Müdafiə Nazirliyindəki 160 milyonluq yeyinti işi üzrə məhkum polkovnik azad edilib

Editor

Sentyabrda mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP