9 saylı vəkil bürosunda çalışan vəkil Elçin Əmirov polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib.
Vəkil barəsində cinayət işi bir vətəndaşın polisə daxil olan şikayəti əsasında başlanılıb.
Elçin Əmirova Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrarən törədilən fırıldaqçılıq) və 182-ci (tələbetmə) maddələri ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Vəkil hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, iki gün əvvəl vəkil Ramil Abışov da həbs edilib. O, tələbetmədə ittiham olunur.
