Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Türkiyə Super Liqasının təmsilçisi “Gənclərbirliyi” və I Liqa klubu “Pendikspor”a transfer qadağası qoyub. Məlumat qurumun rəsmi saytında yayımlanan siyahıda yer alıb.
FIFA-nın rəsmi saytındakı transfer qadağaları siyahısına əsasən, “Gənclərbirliyi” üç transfer pəncərəsi ərzində yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcək.
“Pendikspor”a tətbiq edilən qadağanın müddəti isə göstərilməyib. Məhdudiyyət aradan qaldırılanadək qüvvədə qalacaq.
