Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqası D Liqasının 2-ci qrupunda qrup mərhələsinin son matçında səfərdə Lixtenşteyn yığmasını 1:0 hesabı ilə məğlub edib.
Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasında səfərdə Lixtenşteyni 1:0 hesabı ilə məğlub edib. Ayxan Abbasovun rəhbərlik etdiyi komandanın yeganə qolunu 26-cı dəqiqədə Mahir Emreli vurub.
Qələbə sayəsində Azərbaycan yığması qrupu 8 xalla birinci sırada tamamlayıb.
2-ci qrupda sonuncu görüş noyabrın 16-da keçiriləcək. O matçda Litva yığması öz meydanında Lixtenşteynlə üz-üzə gələcək.
