Antonelli dünya çempionu oldu: Formula 1-in rekordu
carci.news
Formula 1 və motor idmanı

Antonelli “Formula 1” tarixinin ən gənc çempionu olub

“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Meksika Qran-prisində tutduğu üçüncü yerdən sonra “Formula 1” üzrə dünya çempionu titulunu vaxtından əvvəl qazanıb. 20 yaşlı sürücü bununla idman tarixinin ən gənc çempionuna çevrilib.

Antonelli titulu təsdiqləmək üçün Mexikodakı yarışda ilk doqquzluğa düşərək cəmi iki xal toplaması kifayət edirdi. O, bu şərti yerinə yetirərək yarışı üçüncü yerdə başa vurub.

Qran-prini “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen qazanıb, ikinci pilləni isə “Ferrari”nin britaniyalı sürücüsü Lüis Hemilton tutub.

Mexikodakı yarışa qədər Antonelli ümumi hesabda Corc Rasselini 123, Hemiltonu isə 124 xalla qabaqlayırdı. İtaliyalı pilot cari mövsümdə bundan əvvəl doqquz dəfə yarışda birinciliyi qazanmışdı.

2025-ci ildən “Mercedes” sıralarında çıxış edən Antonelli bu titulla əvvəllər almaniyalı Sebastyan Fettelə məxsus olan rekordu yeniləyib. Fettel ilk dünya çempionluğunu 2010-cu ildə 23 yaşında qazanmışdı.

Antonelli həmçinin Cüzeppe Farina (1950) və Alberto Askaridən (1952, 1953) sonra “Formula 1” tarixində dünya çempionu titulu qazanan üçüncü italiyalı pilot olub.

Related posts

Rassel Bakıda sıralama turunda ən sürətli olub

rashadamiraliyev

Rafael Kamara 2027-ci ildən “Haas” komandasında çıxış edəcək

Editor

Bakıda Formula 1-in onuncu Azərbaycan Qran-Prisinə start verilib

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP