Azərbaycanın buz üzərində rəqs üzrə cütlüyü Sofiya Beznosikova və Maks Leleu Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə 3-cü yeri tutublar.
İdmançılar ritm və sərbəst rəqs proqramları üzrə çıxışların cəmində 146,34 xal toplayıblar. Bu nəticə ilə onlar yarışda iştirak edən 5 cütlük arasında bürünc medala sahib olublar.
Azərbaycan Qış İdman Növləri Federasiyasının məlumatına görə, oktyabrın 7-dən 11-dək davam edən turnirdə ölkəni Sofiya Beznosikova – Maks Leleu cütlüyü təmsil edib.
