Bəzi dövlət müəssisələri ləğv oluna bilər
carci.news
Hesablama Palatası zərərlə işləyən dövlət şirkətlərinin ləğvinə baxılmasını təklif edib
Biznes və investisiya

Hesablama Palatası zərərlə işləyən dövlət şirkətlərinin ləğvinə baxılmasını təklif edib

Hesablama Palatası illərlə gəlir göstərməyən dövlət müəssisələrinin optimallaşdırılması, strukturunun dəyişdirilməsi, bağlanması və ya özəlləşdirilməsi məsələsinin araşdırılmasını təklif edib. Bu tövsiyə qurumun 2027-ci il dövlət büdcəsi layihəsinə dair hazırladığı rəsmi rəydə yer alıb.

Bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsinə baxılması təklifi Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb. Təklifin məqsədi dövlət büdcəsinin yükünü azaltmaq və maliyyə intizamını gücləndirməkdir.

Qurumun qiymətləndirməsinə görə, dividend köçürməyən dövlət şirkətləri, habelə onlara bağlı törəmə strukturlar üçün maliyyə vəziyyətinin sağlamlaşdırılması yönündə zəruri addımların atılması vacibdir.

Hesablama Palatası əsassız səbəbdən gəlir əldə edə bilməyən, eləcə də son illər zərərlə işləyən dövlət müəssisələrinin optimallaşdırılması, struktur yenidənqurulması, ləğvi və ya özəlləşdirilməsi məsələlərinə baxılmasını məqsədəuyğun hesab edir.

Həmçinin oxuyun: Hesablama Palatası: büdcədənkənar gəlirlər 2027-ci ildə 7,1 faiz azalacaq

Related posts

MMC-lərin elektron qeydiyyatı rüsumsuz ediləcək

Editor

Hindistana mal satışı doqquz ayda yeddi qat çoxalıb

Editor

Sanan Həsənov “Cyberpoint”in marketinq direktoru oldu: bankçılıq, sahibkarlıq və kouçinqdən keçən 22 illik yol

Editor
IP geolocation by DB-IP