2027-ci il kartof istehsalı proqnozu 948 min ton olacaq
carci.news
Aqrar sektor

Büdcə layihəsi: 2027-ci ildə kartof istehsalı 948 min tona düşəcək

2027-ci il dövlət büdcəsinin layihəsinə əsasən, ölkədə kartof istehsalının 948 min ton səviyyəsində formalaşacağı gözlənilir. Bu rəqəm 2026-cı il üçün proqnozlaşdırılan göstəricidən 17,8 faiz aşağıdır.

2027-ci il üçün dövlət büdcəsi layihəsində əksini tapan məlumata görə, Azərbaycanda kartof istehsalının 948 min ton təşkil edəcəyi nəzərdə tutulub. Müqayisə üçün qeyd etmək lazımdır ki, kənd, meşə və balıqçılıq təsərrüfatı sahəsində 2026-cı il üçün verilən əvvəlki proqnozlarda bu rəqəmin 1 milyon 153 min tona çatacağı gözlənilirdi.

Sənəddə gələcək illər üzrə isə artım dinamikası nəzərdə tutulur. Belə ki, 2028-ci ildə kartof istehsalının 967 min tona yüksələcəyi, bunun da 2027-ci ilin göstəricisindən 2 faiz çox olacağı qeyd olunur.

2029-cu il üçün gözlənilən həcm 996,8 min ton, 2030-cu il üçün isə 1 milyon 33,2 min ton təşkil edir. Beləliklə, proqnoz dövrünün sonunadək istehsalda tədrici artım nəzərdə tutulur.

Kənd təsərrüfatı məhsulları istehsalında artım

Cari ilin yanvar-oktyabr aylarında ölkədə ümumilikdə 13 milyard 123,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu yetişdirilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz yüksəkdir.

Qeyd olunan dövrdə heyvandarlıq sahəsində istehsal 1,6 faiz, bitkiçilikdə isə 1,2 faiz artıb. Ümumi istehsalın 50,2 faizini bitkiçilik, 49,8 faizini isə heyvandarlıq təşkil edib.

Related posts

Kənd təsərrüfatı məhsullarına ƏDV güzəşti 2029-cu ilədək uzadılır

Editor

Yeni qanun layihəsi torpaqların boş saxlanmasına son qoyur

Editor

KTN: pambıq şirkətləri fermerlərə borcunu ödəməlidir

Editor
IP geolocation by DB-IP