G7 ölkələri enerji bazarı üçün 100 milyon barel ehtiyat buraxacaq - carci.news
Enerji

G7 ölkələri enerji bazarı üçün 100 milyon barel ehtiyat buraxacaq

“Böyük yeddilik” (G7) dövlətləri dünya enerji bazarını sabit saxlamaq məqsədilə dörd ay ərzində ehtiyatlardan 100 milyon barel neft və neft məhsulu dövriyyəyə buraxmaq barədə razılığa gəlib.

Qərar G7 liderlərinin onlayn görüşü yekunlarına dair qəbul edilmiş birgə bəyanatda öz əksini tapıb. Bildirilib ki, ehtiyatların bazara çıxarılması prosesi dərhal başlayacaq və bu iş Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən əlaqələndiriləcək.

Bəyanata görə, dizel yanacağının böyük hissəsi ilk 20 gün ərzində G7 üzvü dövlətlər və onlarla əməkdaşlıq edən ölkələr tərəfindən bazara verilməlidir.

Liderlər eyni zamanda neft emalı zavodlarının planlı təmir-texniki xidmət qrafiklərini uzlaşdırmaq barədə də razılığa gəliblər ki, bu, emal güclərinin eyni anda azalmasının qarşısını alsın. Zərurət yarandıqda isə müəssisələrin yüklənməsini müvəqqəti artırmaq nəzərdə tutulur.

Bundan əlavə, iri neft emalı potensialına malik G7 dövlətlərinə neft məhsullarının, ilk növbədə dizel yanacağının istehsalını artırmaq tövsiyə olunub.

Qrup üzvləri həmçinin bir-birinin enerji resursları və məhsullarının ixracına məhdudiyyət qoymamaq öhdəliyini yenidən təsdiqləyib və digər istehsalçı ölkələri də bu cür qadağalardan uzaq durmağa çağırıb.

Related posts

Çin şirkəti Ələtdə 3 günəş paneli zavodunun inşasına başlayıb

Editor

“Abşeron” yatağının tam mənimsənilməsinə 4,2 milyard dollarlıq vəsait ayrılacaq

Editor

Şahbazov: 2027-ci ilədək ölkədə 2 gigavat bərpaolunan enerji gücü yaradılacaq

Editor

Şərh yazın

IP geolocation by DB-IP