Neft Fondundan büdcəyə 180 milyard manat transfert
carci.news
Maliyyə və bank

Neft Fondu dövlət büdcəsinə ümumilikdə 180 milyard manatdan çox köçürüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2026-cı il sentyabrın 30-dək dövlət büdcəsinə ümumilikdə 180 milyard 40,9 milyon manat vəsait transfert edib.

Fondun yaydığı məlumata görə, bu məbləğ ARDNF-in fəaliyyətə başladığı tarixdən indiyədək dövlət büdcəsinə edilmiş köçürmələrin ümumi həcmini əks etdirir. Təkcə 2026-cı ilin yanvar-sentyabr aylarında isə büdcəyə 9 milyard 628 milyon manat transfert olunub.

Fondun məlumatında həmçinin bildirilir ki, sentyabrın 30-na olan vəziyyətə görə ARDNF-in aktivləri 74 milyard 4 milyon ABŞ dolları, yəni 125 milyard 807 milyon manat səviyyəsində qeydə alınıb.

Related posts

Mərkəzi Bank “Mobile Payment Solutions” şirkətinə icbari göstəriş verib

Editor

Azərbaycanda bank kartlarının sayı ilbəil 9,5 faiz çoxalıb

Editor

Mikro biznesə kreditlər bir ildə 19,7 faiz artaraq 4,09 milyard manata çatıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP