İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin dövlət vergi müfəttişi Rüfət Əliyevə rüşvətxorluq ittihamı elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Vergi Xidməti bu barədə birgə məlumat yayıb.
Açıqlamaya görə, Rüfət Əliyevin qanunsuz hərəkətləri barədə Vergi Xidmətindən daxil olan məlumatlar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilib və Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
İstintaq zamanı müəyyən edilib ki, Rüfət Əliyev 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən bir sahibkara aid vergi yoxlaması aparan zaman ona daha az məbləğdə maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət götürüb.
Toplanmış sübutlar əsasında Rüfət Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə – vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma faktı üzrə – ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Həmçinin oxuyun: Vergi xidməti prefillinq xidmətini mikro sahibkarlara da tətbiq edəcək
