Türkiyəyə qaz ixracında Azərbaycan ikinci sıraya düşdü
carci.news
Enerji

Azərbaycan sentyabrda Türkiyəyə qaz ixracında ikinci yerdə olub

Türkiyənin Energetika Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatına görə, sentyabr ayında Azərbaycan Türkiyəyə təbii qaz tədarükçüləri arasında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 867,12 milyon kubmetr təbii qaz satıb. Bu göstərici 2025-ci ilin sentyabrı ilə müqayisədə 9,51 faiz azalıb, həmin dövrdə rəqəm 958,25 milyon kubmetr təşkil edib.

Siyahının başında olan Rusiyanın qaz tədarükü isə ilbəil 33,12 faiz geriləyərək 967,76 milyon kubmetrə düşüb, bir il əvvəl bu rəqəm 1,447 milyard kubmetr idi. Üçüncü pilləni tutan İran isə 660,22 milyon kubmetr qaz verib, bu da əvvəlki ilin 807,41 milyon kubmetr göstəricisindən 18,23 faiz azdır.

EPDK-nın hesabatına əsasən, Türkiyənin ümumi təbii qaz idxalı sentyabrda ilbəil 25,52 faiz azalaraq təxminən 2,685 milyard kubmetrə enib, əvvəlki ilin müvafiq ayında isə bu rəqəm 3,605 milyard kubmetr civarında olub. Boru kəməri ilə idxal 2,495 milyard kubmetrə (22,34 faiz azalma) düşüb, maye təbii qazın (LNG) idxalı isə 51,56 faiz azalaraq 190,18 milyon kubmetr təşkil edib.

Azərbaycanın qaz ixracı və hasilatı

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkə 2026-cı ilin yanvar-sentyabr aylarında 17,994 milyard kubmetr qazlı formada təbii qaz ixrac edib, bunun dəyəri 6,449 milyard dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 250 milyon dollar (3,7 faiz), həcmi isə 534 milyon kubmetr (2,9 faiz) azalıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, hesabat dövründə ölkədə 37,521 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2025-ci ilin yanvar-sentyabrındakı 37,794 milyard kubmetrlə müqayisədə 273 milyon kubmetr, yəni 0,7 faiz azdır.

2026-cı ilin ilk doqquz ayında əmtəəlik təbii qaz hasilatı isə 28,581 milyard kubmetr olub, bir il əvvəl bu göstərici 29,046 milyard kubmetr təşkil edirdi. Beləliklə, azalma 465 milyon kubmetr, yəni 1,6 faiz səviyyəsində qeydə alınıb.

Related posts

Fars körfəzi-Çin marşrutunda tanker tarifləri beş qat bahalaşıb

Editor

PAŞA Bank Türkiyə şirkəti ilə 40 milyon dollarlıq enerji saxlama sazişi bağlayıb

Editor

Şəbəkəyə qoşulma addımları 7-dən 2-yə azalacaq

Editor
IP geolocation by DB-IP