İmişli suvarma kanallarına su verilişi dayandırılır
carci.news
Aqrar sektor

İmişlidə suvarma suyu dekabrdan iki ay kəsiləcək

Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında aparılacaq qəza-bərpa işləri səbəbindən dekabrın 1-dən İmişli rayonundakı suvarma kanallarının əksəriyyətinə su verilişi iki ay müddətinə dayandırılacaq.

Bəhrəmtəpə hidroqovşağı Mil-Muğan düzündə yerləşən bir sıra rayonların əkin sahələrinin suvarılmasında əsas mənbə rolunu oynayır. Bu səbəbdən qovşaqda görüləcək təmir işləri regionun suvarma sisteminə birbaşa təsir edəcək.

Təmir-bərpa işlərinin təxminən iki ay davam edəcəyi bildirilir. Bu müddətdə İmişli rayonundakı kanalların böyük hissəsi susuz qalacaq.

Related posts

Rusiyada Azərbaycandan göndərilən pomidorda virus aşkarlanıb

Editor

Kənd təsərrüfatı məhsullarına ƏDV güzəşti 2029-cu ilədək uzadılır

Editor

DAP gübrəsinin qiyməti Hörmüzdəki gərginlik ucbatından kəskin qalxıb

Editor
IP geolocation by DB-IP