Aşağıkarbonlu İnkişaf Strategiyası Azərbaycanda təsdiqləndi
carci.news
Ekologiya

Azərbaycanda aşağıkarbonlu inkişaf strategiyası təsdiqlənib

Baş nazir Əli Əsədov “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nın təsdiqlənməsi barədə qərar imzalayıb. Sənəd ölkədə “xalis sıfır emissiya” hədəfinə çatmaq üçün tədbirləri müəyyən edir.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə karbon emissiyalarının azaldılmasına yönəlik tədbirlərin dövlət proqramlarına, strategiyalara və milli fəaliyyət planlarına daxil edilməsini əlaqələndirəcək. Maliyyə Nazirliyinə isə dekarbonlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

Qərarda “xalis sıfır emissiya” səviyyəsinə 2060-cı ilədək çatmağın şərti hədəf olduğu vurğulanır. Bildirilib ki, bu hədəfin reallaşması əlavə maliyyə imkanlarının yaradılmasından asılıdır.

Bu baxımdan beynəlxalq əməkdaşlığın və maliyyə dəstəyinin genişləndirilməsi, texnologiyaların ötürülməsi, həmçinin güzəştli kreditlərin və özəl sektor investisiyalarının cəlb olunması nəzərdə tutulur.

Related posts

Azərbaycanda ov mövsümü oktyabrın 10-dan başlayır

Editor

Xəzər dənizinin səviyyəsi 48 ildə görünməyən həddə enib

Editor

Mərdəkanda dəniz sahilinə çoxlu sayda ölü balıq çıxıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP