Azərbaycan neft hasilatı OPEC+ hədəfindən 120 min barrel az
carci.news
Enerji

AEA: Azərbaycan oktyabrda neft hasilatını OPEC+ hədəfindən 120 min barrel aşağı saxlayıb

Beynəlxalq Enerji Agentliyinin noyabr ayı üzrə neft bazarı hesabatına görə, Azərbaycan 2026-cı ilin oktyabrında gündəlik hasilatı OPEC+ sazişi ilə müəyyən edilmiş 550 min barrellik hədəfə çatdıra bilməyib, real göstərici 430 min barrel olub.

Beynəlxalq Enerji Agentliyinin (AEA) açıqladığı noyabr ayı neft bazarı hesabatına əsasən, Azərbaycanda neft hasilatı oktyabr ayında gündəlik 430 min barrel təşkil edib. Bu rəqəm sentyabr ayı ilə müqayisədə 10 min barrel az olub, belə ki, həmin dövrdə ölkənin gündəlik istehsalı 440 min barrel səviyyəsində qeydə alınmışdı.

Beləliklə, Azərbaycanın faktiki neft istehsalı OPEC+ çərçivəsində razılaşdırılan 550 min barrellik gündəlik hədəfdən 120 min barrel geridə qalıb. Agentlik ölkənin dayanıqlı istehsal gücünü gündəlik 440 min barrel səviyyəsində qiymətləndirib, ehtiyat istehsal imkanının isə cəmi 10 min barrel olduğunu bildirib.

Qlobal neft təklifində artım qeydə alınıb

Hesabata görə, dünya üzrə neft təklifi oktyabrda əvvəlki aya nisbətən gündəlik 2,3 milyon barrel çoxalıb və 105,4 milyon barrelə çatıb. Avqustdan bəri qlobal istehsalda ümumi artım 5,3 milyon barrel təşkil edib.

AEA-nın proqnozuna əsasən, 2026-cı il ərzində dünya neft təklifi orta hesabla gündəlik 4,8 milyon barrel azalacaq, 2027-ci ildə isə 6,6 milyon barrel artaraq 108,1 milyon barrelə yüksələcək. Tələbat baxımından isə 2026-cı ildə qlobal istehlakın gündəlik 2,7 milyon barrel azalıb 102,3 milyon barrelə düşəcəyi, 2027-ci ildə isə 2 milyon barrellik artımın gözlənildiyi vurğulanıb.

Sənəddə qeyd olunub ki, yanacaq qiymətlərinin yüksəlməsi, nəqliyyat sahəsində elektrikləşmənin sürətlənməsi və avtomobillərin yanacaq istehlakının səmərələşməsi tələbatın, xüsusən nəqliyyat yanacaqları üzrə, bərpasını ləngidəcək.

Agentliyin qiymətləndirməsinə görə, dünya neft bazarında təklifin tələbatı üstələməsi prosesi 2026-cı ilin dördüncü rübündən başlayacaq və bu fərq 2027-ci ildə daha da artacaq. Bununla belə, enerji infrastrukturuna və tankerlərə qarşı davam edən hücumlar neft təchizatının sabitləşməsinə risk yaratmaqda davam edir.

Related posts

Interfax: Azərbaycanın neft emalı gücü ildə 30 milyon tona çatıb

Editor

SOCAR ABŞ-da Haynesville qaz aktivlərində 1,65 milyard dollarlıq pay alır

Editor

Çin şirkəti Ələtdə 3 günəş paneli zavodunun inşasına başlayıb

Editor
IP geolocation by DB-IP