Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən indiyədək 25,5 milyard manat vəsait yönəldildiyini bildirib. Bu fakt dövlət başçısının 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Dövlət başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər bu bölgələr üçün yeni quruculuq və inkişaf mərhələsinin başlanğıcını qoyub. Onun sözlərinə görə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində dağıdılmış şəhər və kəndlər yenidən inşa olunur, köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz dönüşü üçün şərait yaradılır.
İlham Əliyev qeyd edib ki, Azərbaycan bütün bu quruculuq tədbirlərini xarici yardım olmadan, yalnız öz maliyyə resursları hesabına yerinə yetirir. Dövlət başçısının sözlərinə görə, bərpa və yenidənqurma üçün büdcədən ayrılan vəsaitin məbləği 25,5 milyard manata çatıb.
Prezidentin bu açıqlaması Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin iştirakçılarına ünvanlanan müraciətdə səslənib.
Həmçinin oxuyun: Maliyyə naziri: Qarabağa 6 ildə 25 milyard dollar yönəldilib | İlham Əliyev: 2027-ci il büdcəsində təhlükəsizliyə 9 milyard manata yaxın vəsait nəzərdə tutulub
